XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 16:10

«The Independent» [color=red]kağız versiyası ilə vidalaşır

Britaniyanın «The Independent» qəzeti çap versiyasından imtina edir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qəzet və onun bazar əlavəsi olan «Independent on Sunday» martın sonlarından etibarən yalnız rəqəmsal formada fəaliyyət göstərəcək.

Qəzetin sahibi Yevgeni Lebedev bildirib ki, 30 illik nəşrin bu formaya üstünlük verməsi təsadüfi deyil. Onun sözlərinə görə, müasir dövrün tələbləri və oxucuların istəyi kağız versiyası ilə vidalaşmağa vadar edir. 

Qəzetin 150 nəfərlik kollektivində ixtisarların olub-olmayacağı açıqlanmayıb.