XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2019 - 09:00

Tramp:""Taliban" ABŞ-la sülh razılığı əldə etmək istəyir"

Taliban hərəkatı Vaşinqtonla sülh əldə etmək istəyir.

“TASS” agentliyi xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşü zamanı deyib. ABŞ administrasiyasının rəhbəri, həmçinin Talibanla danışıqlara başladığını bildirib.

“Taliban” sülh razılığı əldə etmək istəyir. Baxaq görək buna əməl edəcəklərmi”, – Tramp belə deyib.

Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ Əfqanıstan ərazisindəki qoşun sayını əhəmiyyətli dərəcədə 8600 əsgərə endirir: “Bir razılıq əldə edilənə və ya tam bir qələbə qazanılana qədər burada qalacağıq. Onlarla görüşdük. Əvvəllər atəşkəs istəmirdilər, amma indi istəyirlər. Son altı ayda əhəmiyyətli irəliləyişlər etdik və eyni zamanda qoşunlarımızı geri çəkirik. (APA)