XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Noyabr 2019 - 12:15

Husilər Səudiyyə Ərəbistanının vertolyotunu vurdu:ölənlər var

Bu gün Yəmənin “Ansar Allah” hərəkatının üzvləri (husilər) Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus “Apaçi” vertolyotunu vurublar.

Bu barədə “Reuters” husilərə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, vertolyot Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhədində vurulub.

Hadisə zamanı vertolyotda olan iki nəfər həlak olub, vertolyot tamamilə yanıb.

Hələlik Səudiyyə Ərəbistanı bu məlumatı təsdiqləməyib. /APA