XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

29 Noyabr 2019 - 16:51

G20 ölkələrində ixracın azalması davam edir –Hesabat

İdxalı məhdudlaşdıran rüsumların təsiri və qlobal tələbin zəifləməsi nəticəsində G20 ölkələrinin 2019-cu ilin III rübündə ümumi ixracı əvvəlki rüblə müqayisədə 0,7% azalıb.

Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yeni hesabatında deyilir.

Bu müddət ərzində G20-nin idxalı 0,9% azalıb və buna səbəb kimi OECD neftin 20% ucuzlaşması və bir çox valyutanın ABŞ dollarına nisbətdə zəifləməsini göstərir.

Qeyd olunur ki, cari ilin II rübdə ixrac və idxalın azalması daha ciddi olub – müvafiq olaraq 1,9% və 0,8%. Sonuncu dəfə müsbət artım templəri 2018-ci ilin III rübündə qeydə alınıb.

Hesabatda deyilir ki, ticari göstəricilər üzrə ən böyük azalma Avropa İttifaqı ölkələrində qeydə alınıb. Burada azalma ixracatda 1,8%, idxalda isə 0,4% olub. Xüsusilə, Fransanın ixracı 3,6%, idxalı isə 1,7%, Almaniyanın isə müvafiq olaraq 0,4% və 1,8% azalıb.

İtaliyanın ticarət dövriyyəsinin azalması ardıcıl olaraq altı rüb davam edir. Böyük Britaniyada isə funt sterlinqin zəifləməsi ixraca müsbət təsir edə bilməyib və nəticədə ölkənin ixrac 3,3%, idxal isə 1,6% azalıb. (apa)