XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2019 - 00:33

Çavuşoğlu NATO-nun Baş katibi ilə telefonla danışıb –S-400-lərlə bağlı problem böyüyür

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

Türkiyə mətbuatı xəbər verir ki, tərəflər gələn ay İngiltərədə keçiriləcək NATO sammitinə hazırlıqlar məsələsini müzakirə ediblər.

Qeyd olunub ki, NATO Türkiyənin Rusiyadan idxal etdiyi “S-400” hava hücumundan müdafiə sistemlərinə görə narahatdır.

“Alyans bu vəziyyətdən çox narahatdır. Baş katib dəfələrlə bəyan edib ki, hər bir NATO ölkəsi istifadə olunan silah növləri barədə müstəqil qərar vermək hüququna malikdir, lakin Rusiya sistemləri NATO-nun inteqrasiya olunmuş raketdən müdafiə sistemi ilə uyğunsuzluq təşkil edəcək və bu problemdir”-deyə, NATO-nun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib/Report