XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 06:44

Zərif Münhendə Avropanı İrana dəvət etdi: [color=red]“Əməkdaşlığa hazırıq”

zerif.jpg

“Tehran dünya ölkələri ilə əlaqələrini və əməkdaşlıqlarını genişlndirməyə hazırdır”.

Strateq.az İRNA-ya istinadən  bildirir ki, bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropanın iqtisadi qrumlarının rəhbər üzvləri ilə görüşü zamanı deyib:

“İqtisadiyyat, ticarət və maliyyə sahələri üzrə sanksiyaların ləğv edilməsini nəzərə alaraq, İran İslam Respublikası Avropa ölkələri ilə əlaqələrini genişləndirməyə hazırdır”.

Zərif həmçinin vurğulayıb ki,İran Avropa yeni iqtisadi, ticarət və sənaye əlaqələrində istehlakçı bazarı olmayacaq və Tehranın bütün lazımi infrastrukturları dünya və Avropa ölkələri ilə uzun müddətli əməkdaşlıqlara hazırdır.

Zərif həmçinin Münhen Təhlükəsizlik Konfransında İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barizani , Gürcüstanın xarici işlər naziri Mixail Canlidze, BMT baş katibinin müavini Yan Elyason və bir sıra digər ölkə rəsmiləri ilə də görüşüb, danışıqlar aparıb.

Münhen Təhlükəsizlik Konfransı cümə günü dünyanın bir çox ölkəsindən gəlmiş 600 rəsminin iştirakı ilə işə başlayıb. Münhen Təhlükəsizlik Konfransının gündəmində duran əsas məsələ Suriya böhranı, İŞİD terrorizmi ilə mübarizə və Ukrayna böhranı olub.