XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 07:11

Kerri Moskvanı və İranı hədələdi:[color=red] “Yoxsa qoşun yeridəcəyik”

 

kerri lavrov munhen.jpg

“Əgər Dəməşqdəki rəhbərlik, Rusiya və İran atəşkəs barədə razılaşmaya əməl etməsə, bu, Suriyaya əlavə quru qoşunlarının yeridilməsinə səbəb ola bilər”.

Apa.az-ın məlumatına görə, bunu “Orient” telekanalına müsahibəsində ABŞ dövlət katibi Con Kerri deyib.

C.Kerri deyib ki, onlar öhdəliklərini yerinə yetirməsə, dünya ictimaiyyəti bunu sakit izləməyəcək.

Dövlət katibi Rusiyanı atəşkəsə əməl edilməli olduğu rayonları bombardman etməyi dayandırmağa çağırıb.

O, həmçinin İraqdakı “Hizbullah” döyüşçülərinin və şiə üsyançılarının Bəşər Əsəd tərəfdən münaqişədə iştirakına etiraz edib, bildirib ki, onların yeri Suriya deyil:

"Onlar öz vətənlərinə qayıtmalıdırlar".