XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2019 - 20:31

“TANAP Gürcüstana daha böyük iqtisadi fayda gətirəcək”- Baş nazirin müşaviri

“TANAP layihəsinin reallaşdırılması Gürcüstana həm enerji təhlükəsizliyi, həm də iqtisadi baxımdan daha da böyük fayda gətirəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri və mətbuat katibi İrakli Çikovani bildirib.

Onun sözlərinə görə, TANAP “Şahdəniz” yatağından təbii qazın Avropaya ixracını nəzərdə tutan olduqca əhəmiyyətli layihələrdən biridir: “Bu gün baş nazir Giorgi Qaxaria TANAP-ın açılış mərasimində iştirak edib. Gürcüstan layihədə tranzit ölkə rolunu oynayır. Bu bir daha sübut edir ki, Gürcüstan Asiya və Avropanın bölgə ilə birləşdirilməsində vacib rol oynayır”.