XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

30 Noyabr 2019 - 23:07

Conson Trampı Britaniyadakı seçkilərdən uzaq durmağa çağırıb –"Bu, hamı üçün yaxşı olacaq"

Böyük Britaniyanın baş nazir Boris Conson bəyan edib ki, gələn həftə NATO sammitində iştirak üçün Londona gələcək ABŞ prezidenti Donald Tramp İngiltərədə keçiriləcək parlament seçkilərinə müdaxilə etməsə bu hamı üçün “yaxşı olacaq”.

« Ən yaxşısı yaxın müttəfiq kimi ABŞ-la Böyük Britaniya bir-birinin seçki proseslərinə qarışmamalıdılar», deyə o bildirib..

Seçki öncəsi aparılan rəy sorğularında Consonun mühafizəkar partiyasının lider olduğu bildirilir. Baş nazir Avropa Birliyindən çıxmaqla bağlı öz planının parlamentdən keçirməsi üçün kifayət qədər səs alacağına ümid edir.

Ötən ay Tramp çıxışlarının birində İngiltərədəki müxalif Leyborist partiyasının lideri Ceremi Korbinini tənqid edib və onun “pis” baş nazir olacağını deyib. O bildirib ki, Conson Brexit partiyasının ideri olan Nigel Faraj ilə ittifaq qurmalıdır.

Dekabrın 12-də Böyük Britaniyada parlament seçkiləri keçiriləcək. (azadliq.org)