XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2019 - 10:33

Londondakı terror aktının məsuliyyətini İŞİD üzərinə götürüb- "Reuters"

Cümə günü Britaniya paytaxtının mərkəzində törədilmiş terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Noyabrın 29-da yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 18:00) bıçaqla silahlanmış şəxs London körpüsündə insanlara hücum edib. Hücum nəticəsində iki nəfər həlak olub, üç nəfır yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə gələn polislər müqavimət göstərən cinayətkarı güllə ilə vuraraq öldürüb. Terrorçunun 28 yaşlı Usman Xan olduğu aydınlaşıb. O, London fond birjasını partlatmaq niyyətində təqsirli bilinərək 16 il həbs cəzasına məhkum olunmuş, ötən ilin dekabrında vaxtından əvvəl şərti azadlığa buraxılmışdı/Azərtac.