XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2019 - 13:25

Rusiya, Çin və İran birgə hərbi dəniz təliminə başlayır- Tarix açıqlandı

Rusiya, Çin və İran 22 dekabr 2019-cu il – 20 yanvar 2020-ci il tarixlərində Hind okeanında birgə hərbi dəniz təlimi keçirəcək.

İLNA agentliyinin verdiyi məlumata görə, bunu bu gün İran Hərbi-Dəniz Donanmasının komandanı kontr-admiral Hosseyn Xanzadi bildirib.

H. Xanzadi deyib ki, təlimin məqsədi müxtəlif hadisələrin, o cümlədən dəniz quldurlarının hücumunun baş verdiyi Hind okeanının şimalında kollektiv təhlükəsizliyi təmin etmək və təhlükəsizlik səviyyəsini yüksəltməkdir.

Üç ölkənin nümayəndə heyətləri təlimin ilkin planını oktyabr ayında hazırlayıblar. (apa)