XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 December 2019 - 21:29

Meksikada silahlılarla polis arasında toqquşma:14 nəfər həlak olub

Meksikanın Koauila ştatında polis əməkdaşları ilə narkokartelin silahlıları arasında atışma olub.

Bu barədə “El Universal” qəzeti regionun qubernatoru Migel Solisə istinadən məlumat yayıb.

Məlumata görə, Vilya-Union bələdiyyəsində baş verən atışma zamanı azı 14 nəfər həlak olub. Qubernatorun sözlərinə görə, öldürülənlərdən 10-nun narkokartelin silahlıları olduğu güman edilir. Atışma zamanı həmçinin 4 asayiş keşikçisi də həlak olub, həmçinin 6 polis əməkdaşı da yaralanıb.

Qeyd edilir ki, cinayətkarlar iri kalibrli silahlardan, o cümlədən avtomatlardan istifadə ediblər. Polisə hücumda iştirak edən cinayətkarların dəqiq sayı məlum deyil/Report.