XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2019 - 09:00

Ərdoğan Avropa Komissiyasının yeni rəhbəri ilə telefonla danışıb – Türkiyənin Aİ-ə daxil olması prosesi müzakirə edilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avropa Komissiyasının yeni təyin olunmuş sədri Ursula Fod der Lyayen arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, telefon danışığı Avropa Komissiyasının rəhbərinin təşəbbüsü ilə keçirilib.

Telefon danışığı zamanı Türkiyənin Avropa İttifaqına daxil olması prosesi, tərəflər arasında 18 mart 2016-cı ildə Türkiyədəki suriyalı qaçqınların dəstəklənməsi ilə bağlı əldə olunmuş razılaşma müzakirə olunub.

Tərəflər Suriyanın şimalında Türkiyənin yaratdığı təhlükəsiz bölgəyə suriyalıların könüllü şəkildə qayıtmasını da müzakirə ediblər.