XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2019 - 09:08

Ukraynada deputata silahlı hücum edilib –3 yaşlı oğlu öldürülüb

Ukrayna paytaxtının mərkəzində Kiyev Vilayət Şurasının deputatı, “Objora” restoranlar şəbəkəsinin rəhbəri Vyaçeslav Sobolevin avtomobili naməlum şəxs tərəfindən atəşə tutulub.

“TASS” xəbər verir ki, bu barədə Kiyev polisi məlumat yayıb.

Qeyd olunub ki, silahlı hücum nəticəsində deputatın üç yaşlı oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib.

İş adamına silahlı hücum Kiyev şəhərinin Leo Tolstoy küçəsi ilə Tarasovskaya küçəsinin kəsişməsində baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Report)