XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 December 2019 - 14:23

İranda “quş qripi”ndən 37 nəfər ölüb –Səhiyyə Nazirliyi

İranda “quş qripi” (H1N1) 37 nəfərin ölümünə səbəb olub. 

İran Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, bu il “quş qripi” ölkədə çox geniş formada yayılıb.

İlin əvvəlindən indiyədək “quş qripi”ndən 37 nəfər ölüb, çox sayda insan xəstəxanaya yerləşdirilib.

Kohgiluyə və Boyer-Əhməd, Gülüstan, Mazandaran, Kirman və Xuzistan əyalətlərində bu virusa yoluxanların sayı digər əyalətlərə nisbətən daha çoxdur.

Xəstəxanalarda “quş qripi”nə yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb. (apa)