XƏBƏR LENTİ

13 Dekabr 2019
12 Dekabr 2019

Digər Xəbərlər

02 Dekabr 2019 - 13:56

Yeni nömrə alanların üz görüntüləri qeydə alınır –Total nəzarət mexanizmi işə düşdü

Çinin kütləvi nəzarəti yeni pilləyə keçib. Yeni qaydaya əsasən, telefon istifadəçiləri qeydiyyatdan keçərkən, operatorlar onların üzlərinin görüntüsünü qeydə almalıdırlar.

“France Presse” agentliyi Çinin dövlət telekom nəhəngi olan “China Unicom”-dakı mənbəyə istinadən xəbər verir ki, yeni telefon nömrəsi alan şəxslərdən başlarını döndərməklə və gözlərini qırpmaqla qeydə alınmaları tələb olunur. Yeni qaydalar Çinin “vətəndaşların onlayn hüquqlarının və maraqlarının legitimləşdirilməsinin” təhlükəsizliyinin təmin olunması məqsədilə Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən elan edilib.

“Deutsche Welle” xəbər verir ki, Çində hələ 10 il əvvəldən yeni qeydiyyatdan keçən şəxslərin şəxsiyyətini təsdiq edən sənəd tətbiq olunmaqla real adla təqdim olunmaları tələb olunur. Yeni qayda isə nəzarəti artırır və sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Hökumət isə bunu kibertəhlükəsizlik və internet fırıldaqlarının qarşısının alınması məqsədilə əsaslandırır. Keçən ay bir professor Jecianq əyalətində Hanqjou safari parkına girmək üçün üz tanıma mexanizmindən istifadəyə etiraz edib və parkı məhkəməyə verib.

O, bildirib ki, barmaq izinin tanınmasından üz tanıma sisteminə keçilməsi onun istehlakçı hüquqlarının pozulmasıdır. (azpolitika.info)