XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 December 2019 - 16:22

Saakaşvili Gürcüstanı tərk etməyə peşman olub:“Xalq məndən yorulmuşdu”

Gürcüstanın keçmiş prezidenti Mixayıl Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk etməyinə görə peşmançılıq keçirdiyini deyib. Bu haqda o “Mtavari Arkhi” (Birinci kanal) telekanalına müsahibəsi zamanı bildirib.

Saakaşvili Gürcüstandan qorxduğuna görə getmədiyini də qeyd edib. O bildirib ki, belə olsaydı Ukraynaya da təzədən qayıtmazdı, çünki orda da onu həbs gözləyirdi. Eks-prezidentin sözlərinə görə ölkəsini qoyub getmək ən pis yoldur.

“Mən ona görə getdimki, yorulmuşdum və xalq məndən yorulmuşdu. Sadəcə hamının bir az dincəlməyini istədim. İndi isə düşünürəm ki, səhv etmişəm”, – o bildirib.

Mixayıl Saakaşvili 2005-cu ildən 2013-cü ilə qədər Gürcüstanın prezidenti olub. Onun partiyası seçkilərdə məğlub olduqdan sonra ölkəni tərk edərək Ukraynaya gedib. Gürcüstanda ona qarşı vəzifə səlahiyyətlərini aşma və siyasi rəqiblərini təqib etmə maadələri ilə cinayət işi qaldırlıb.

Saakaşvili 2015-ci ildə Ukrayna pasportu alaraq Odessa vilayətinin qubernatoru olub. 2016-cı ilin noyabr ayında Ukraynanın o dövrkü prezidenti Pyotr Poroşenko onu vəzifədən qovub. Bundan sonra Saakaşvili müxalifətə keçdi və onun Ukrayna vətəndaşlığı əlindən alınıb. Bundan əlavə onun əlindən gürcü vətəndaşlığı da alınıb.

Saakaşvili 2017-ci ildən bəri Niderlandda yaşayır. Ukraynanın yeni prezidenti Zelenski hakimiyyətə gəldikdən sonra onun Ukrayna pasportunu özünə qaytarıb. Bu ilin sentyabr ayından başlayaraq Saakaşvili tez-tez yaxın aylarda Gürcüstana qayıtmaq planından bəhs etməyə başlayıb. (abzas.net)