XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 December 2019 - 15:21

Türkiyə və Rusiya prezidentləri nə vaxt görüşcək?- Vaxtı dəqiqləşib

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, görüşün gələn il yanvar ayının 8-də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, bir müddət əvvəl D.Peskov V.Putinin 2020-ci il yanvar ayının ilk ongünlüyündə Türkiyəyə səfərinin gözlənildiyini bildirib.