Qazaxıstan iş adamı Armanjan Baysarov Özbəkistanda “Forbes Uzbekistan” jurnalı buraxacaq.
Azərtac xəbər verir ki, “Forbes Kazakhstan” və “Forbes Georgia” jurnallarının naşiri A.Baysarov Özbəkistanda belə jurnalın çapının aktual olduğunu bildirib.
Deyib ki, ölkədə biznesin inkişafı üçün böyük perspektivlər var. Hazırda Özbəkistan dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır. Ölkədə investorlar üçün münbit şərait yaradılıb və iri sərmayəçilər buraya investisiya qoymaqda maraqlıdırlar.
Yeni jurnalın redaksiyası Daşkənddə olacaq. Oxuculara jurnalın özbək və rus dillərində sayt və çap variantı təqdim ediləcək. Çap variantı hələlik rus dilində buraxılacaq. 2020-ci ilin martında jurnalın ilk nömrəsi işıq üzü görəcək.