XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 12:11

Futbol tarixinin ən yaxşı qapıçısı – [color=red]Açıqlandı

İtaliya millisinin və “Yuventus”un qolkiperi Canluici Buffon futbol tarixinin ən yaxşı qapıçısı seçilib.

Azertag.az xəbər verir ki, Fransanın məşhur “France Football” jurnalı tarixin ən yaxşı qapıçısını seçmək üçün oxucuları arasında sorğu keçirib.

Sorğuya qatılan 24 min 548 respondentin 44 faizi hazırda futbolçu karyerasını davam etdirən Buffona etimad göstərib.

Tarixin ən yaxşı ikinci qapıçısı isə “Mançester Yunayted” və Fransa milli komandasının keçmiş qolkiperi Fabien Bartez seçilib. O, sorğuda 17 faiz səs toplayıb.

1963-cü ildə “Qızıl top”un yeganə sahibi olan qapıçı Lev Yaşin isə bu səsvermədə Almaniya yığması və “Bavariya Münhen” klubunun qolkiperi olmuş Oliver Kanla birlikdə üçüncü və dördüncü yerləri bölüşdürüblər. Onlara 7 faiz sorğu iştirakçiları səs verib.

“Porto” klubu və İspaniya millisinin qapıçısı İker Kasilyas həmkarı Manuel Noyerlə (Almaniya və “Bavariya”) növbəti yerlərdə qərarlaşıb. Hər ikisi 6 faiz səs yığıb.

Hollandiyalı Edvin van der Sar 3, Dino Zoff (İtaliya) və Peter Şmeyhel (Danimarka) isə 2 faizin etimadını qazanıb.