XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 13:48

Gürcüstanda dünya brendi olan [color=red]13 otel tikilir

2017-ci ilin sonuna qədər Gürcüstanda müasir standartlara uyğun 13 otelin inşası başa çatdırılacaq.

Fins.az xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Turizm Administrasiyanın rəhbəri Georgi Çoqovadze məlumat verib.

Onun sözlərinə görə, otellərdən 7-si paytaxt Tbilisidə tikilir. Bunlar "Hilton Garden Inn", "Park Inn by Radisson", "Millenium Hotel", "Rixos", "Hyatt Regency", "Moxy Mariott" və "Intercontinental" otelləridir.

Eyni zamanda kurort şəhəri olan Batumidə (Acarıstanın mərkəzində) 4 otelin – "Crown Plaza", "Babylon tower", "Cube tower" və "Princess" hotelin inşası həyata keçirilir.

Bundan başqa, Sinandali şəhərində (kaxetiya regionuna daxildir) "Radisson Blu Resort" və Kutaisi şəhərində (İmereti regionuna daxildir) "Best Western" otellərinin tikintisi davam edir.

Xatırladaq ki, 2015-ci ildə Gürcüstan paytaxtında 11, Batumidə 4, Acarıstanın Çakvi bölgəsində (Samsxe-Çavaxetiyadakı Vardziya mağaralaq kompleksinə və Borjimi şəhərinə yaxın) 1 yeni otel istifadəyə verilib.