XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2019 - 11:42

İmpiçment dinləməsinə hüquq professorları çağırıldı

ABŞ Konqresinin ədliyyə komitəsi bu həftə açıq dinləmədə ifadə verəcək dörd şahidin adlarını açıqlayıb.

Prezident Donald Trampa qarşı impiçment araşdırması artıq yeni mərhələyə keçir.

Dekabrın 4-də Nümayəndələr Palatasındakı dinləmədə dörd hüquq professoru “prezidentin impiçmentinin konstitusion əsasları”na dair ifadə verəcək.

Komitə həmçinin araşdırmanın faktaraşdırıcı mərhələsindən hesabat əldə etməlidir. Bu mərhələ palatanın kəşfiyyat komitəsində demokratlar tərəfindən aparılıb.

Hesabat bu gün açıqlanmalıdır

Demokratlar Trampın siyasi mənfəət üçün vəzifəsindən sui-istifadə etdiyini deyirlər və hesabatda da buna dəlillər ortaya qoyulmalıdır. Hesabat ictimaiyyətə dekabrın 3-də açıqlanacaq. Elə həmin gün Palata hesabatı səsə qoyaraq Ədliyyə komitəsinə göndərəcək.

Palatanın üç komitəsi Trampın ukraynalı həmkarı Vladimir Zelenski ilə iyulda baş tutmuş telefon söhbətini araşdırır. Həmin söhbət zamanı Tramp həmkarından xahiş edib ki, gələn ilin prezident seçkisində demokratlardan potensial rəqibi Co Bayden və oğlu Hunter barəsində araşdırma aparılsın. Hunter Ukraynada enerji şirkəti üçün işləyib.

İmpiçment araşdırması Trampın həmin xahişlə səlahiyyətini aşıb-aşmadığını tədqiq edir. Tramp araşdırmanı “əcinnə ovu” adlandırır.

Tramp və vəkilləri dinləmənin növbəti mərhələsinə dəvət olunsalar da bundan imtina ediblər, “fundamental ədalət”in olmadığını əsas gətiriblər.

Vladimir Zelenski dekabrın 2-də dərc olunmuş müsahibəsində 25 iyul telefon zəngi zamanı Tramp ilə “quid pro quo (əl əli yuyar, əl də üzü) mövqeyindən” danışmadığını deyib.

Bu həftə ifadə verəcək alimlər bunlardır: Harvard Hüquq Məktəbindən Noah Feldman, Stenford Hüquq Məktəbindən Pamela Karlan, Şimali Karolina Hüquq Məktəbindən Maykl Cerardt və Corc Vaşinqton Universitetinin Hüquq Məktəbindən Conatan Turley. (azadliq.org)