XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 December 2019 - 16:58

Tramp Consonu təriflədi:“Britaniyadakı seçki mövzusundan kənarda qalacağam”

“Böyük Britaniyada keçiriləcək növbədənkənar parlament seçkiləri mövzusundan kənarda qalacağam”.

Bunu ABŞ prezidenti Donald Tramp Londonda NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Böyük Britaniya Baş Naziri Boris Conson çox bacarıqlıdır.

“İnanıram ki, o, yaxşı işlər görəcək”, – deyə ABŞ Prezidenti qeyd edib.

Tramp əvvəldən “Brexit”in tərəfdarı olduğunu, bunun baş verəcəyinə inandığını vurğulayıb/APA.