XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 December 2019 - 17:43

MDB-nin Xarici İşlər nazirləri Almatıda toplanacaq –Səbəb

MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasının 2020-ci il aprelin 3-də Almatıda keçirilməsi planlaşdırılır.

Bu barədə Minskdə jurnalistlərə açıqlamasında MDB İcraiyyə Komitəsinin sədri – içraçı katib Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, iclasın Almatıda keçirilməsinin təklifi Qazaxıstan tərəfdən gəlib.

“Müzakirə olunacaq əsas məsələlər humanitar və siyasi qarşılıqlı fəaliyyət sferalarına aiddir”, – S.Lebedev deyib.

Bundan əlavə, 2019-cu ildə Xarici İşlər Nazirləri arasındakı məsləhətləşmələrin nəticələri müzakirə olunacaq, 2020-ci ildə onların keçirilməsi üçün plan hazırlanacaq/Report.