XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2019 - 19:31

“ABŞ-ın Əfqanıstanda qoşunlarının sayını azaltmasının Talibanla əlaqəsi yoxdur” –Mark Esper

ABŞ-ın müdafiə naziri Mark Esper bazar ertəsi bildirib ki, bundan sonra qoşunların Əfqanıstandan geri çəkilməsinin Taliban qiyamçıları ilə əlaqəsi olmayacaq.

Esperin Reuters-ə müsahibəsində etdiyi bu şərhlər Prezident Donald Trampın ötən həftə Əfqanıstana səfərindən bir neçə gün sonraya təsadüf edib. Orada o, qoşunların sayının mümkün azaldılmasından bəhs edib və deyib ki, Taliban qiyamçılarının atəşkəs razılığı imzalayacaqlarına inanır.

Əgər tərəflərin hər biri atəşkəsə əməl etsə, nəticədə zorakılıqlar əhəmiyyətli dərəcədə azala bilər. Lakin ABŞ ordusunun komandirləri yenə də diqqətlərini Əfqanıstandakı digər iki militant qrup, İslam Dövləti və Əl-Qaidənin yaratdığı təhlükələrə yöndəldəcək.

Esper deyib ki, Tramp administrasiyası bir neçə müddətdir həm ölkə daxilində həm də ABŞ müttəfiqləri ilə qoşunların sayının azaldılmasını müzakirə edir.

“Mən əminəm ki, biz Əfqanıstanda qoşunların sayını azalda, eyni zamanda isə ərazinin Birləşmiş Ştatlara hücum etmək istəyən terrorçular üçün təhlükəsizlik cənnətinə çevrilməyəcəyini təmin edə bilərik. Müttəfiqlərimiz də bizimlə razılaşır”, Esper deyib.

O əlavə məlumat paylaşmayıb.

Hazırda Əfqanıstan 13 min ABŞ qoşunu, minlərlə digər NATO ölkələrinin qoşunları var. ABŞ rəsmiləri ABŞ qoşunlarının sayının 8600-ə qədər azalacağını və onların effektiv anti-terror missiyasını həyata keçirməyə davam edəcəklərini bildirib.

Sentyabrda hazırlanan ilk atəşkəs layihəsi nəticəsində minlərlə amerikalı qoşun Əfqanıstanın militantların Birləşmiş Ştatlar və müttəfiqləri üçün baza kimi istifadə olunmayacağına dair zəmanətlər müqabilində geri çəkiləcəkdi.

Lakin bir çox ABŞ rəsmisi hələ də Əl-Qaidənin Əfqanıstan torpağından Birləşmiş Ştatlara qarşı hücumlar planlaşdırmasının qarşısını almaq məqsədilə Talibana etibar etməyə tərəddüdlə yanaşır. (amerikaninsesi.org)