XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2019 - 20:40

Makron Trampla görüşdü: “NATO ilə bağlı dediklərimin arxasındayam” –ABŞ prezidenti bu dəfə həmkarını təriflədi

Londonda ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

CNN-nin verdiyi xəbərə görə, Fransa Prezidenti NATO barəsində işlətdiyi “ölmüş beyin” ifadəsinə münasibət bildirib.

“Dediklərimin arxasındayam. Mən güclü NATO-nun tərəfdarıyam”, – deyə E. Makron vurğulayıb.

ABŞ Prezidenti isə fransalı həmkarını tərifləyib.

“Makron böyük siyasətçidir”, – deyə D. Tramp qeyd edib.

O, E. Makronun ABŞ-ın NATO üçün daha çox maliyyə ayırmasını etiraf etməsinin sevindirici hal olduğunu söyləyib/APA.

Xatırladaq ki, Tramp görüş ərəfəsəndə Makronun NATO ilə bağlı fikirlərinə etiraz etmişdi. Lakin o, görüşdə fərqli mövqe sərgiləyib.

Strateq.az