XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2019 - 22:07

“Vışeqrad dördlüyü” Avropa Komissiyasından Aİ-nin genişləndirilməsini gözləyir –Açıqlama

“Vışeqrad qrupu” gözləyir ki, yeni Avropa Komissiyası Avropa İttifaqının genişlənməsi prosesini sürətləndirəcək.

Bunu Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto bəyan edib.

O, Praqada V4 üzrə həmkarları ilə görüşdən sonra deyib ki, Jan-Klod Yunkerin başçılıq etdiyi əvvəlki Avropa Komissiyasının ən böyük müvəffəqiyyətsizliklərindən biri genişləndirmə prosesini, demək olar, tamamilə dayandırmaq olub.

Bax buna görə də “Vışeqrad dördlüyü” ölkələri gözləyirlər ki, yeni Avropa Komissiyası Aİ-nin genişlənməsi məsələsində yeni mərhələ açacaq və Qərbi Balkan ölkələrinin inteqrasiyasına xüsusi diqqət yetirəcək. Nazir vurğulayıb ki, V4 Aİ-nin genişlənməsi üzrə yeni Avropa komissarının (yeri gəlmişkən, Macarıstan nümayəndəsinin) səylərini dəstəkləməyə razılaşıb. O əlavə edib ki, Aİ-nin “genişlənmə prosesinin bloklanması” siyasəti son illər blokun maraqlarına zidd olub.

Siyyarto deyib: “Qərbi Balkanları mümkün qədər sürətlə Aİ-yə qəbul etmək lazımdır və bu, Avropa İttifaqının, eləcə də Macarıstanın maraqlarına cavab verir, çünki bu, bloka miqrasiya təzyiqinə qarşı səmərəli mübarizə aparmağa kömək edəcək”.

Report.az