XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Dekabr 2019 - 23:11

Şimali Koreya lideri yenə təəccübləndirdi- Ölkədə utopiya-şəhərin açılışı olub

Şimali Koreya lideri Kim Çen In KXDR-in şimal-şərqində yerləşən Samjiyon mahalında tikilən yeni şəhərin açılışında iştirak edib.

Təntənəli açılış mərasimi koreyalılar üçün müqəddəs Pektu dağı yaxınlığında keçirilib. Şəhər KXDR-in hazırkı liderinin atası, sabiq dövlət başçısı Kim Çen İrin doğma mahalında inşa edilib. Onun heykəli isə şəhərin mərkəzində ucaldılıb.

Koreya Mərkəzi Teleqraf Agentliyi yeni şəhəri sosializmdə qurulan və müasir sivilizasiyanı təcəssüm etdirən utopiya adlandırıb.

Samjiyon adı verilən şəhərdə yeni yaşayış binaları, mehmanxanalar, tibb və mədəniyyət müəssisələri, dağ xizək kurortu tikilib. Şəhərdəki 380 məhəllədə 4 min ailənin yaşayacağı planlaşdırılır.

NK News portalının məlumatına görə, yeni şəhər haqqında reportajlarda onun tikintisində Kim Çen Inın fəal iştirakı qeyd olunur. Vurğulanır ki, KXDR lideri həm inşaatçılara, həm də dizaynerlərə rəhbərlik edib. Həmçinin hava şəraitindən asılı olmayaraq, tikintiyə müntəzəm baş çəkib(azərtac).