XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2019 - 23:30

Roma Papasından miqrantlara növbəti dəstək- Vatikandan açıqlama

Roma Papası Fransisk 33 miqrant ailəsini Romaya gətirmək üçün köməkçisi Konrad Krayevskini Yunanıstanın Lesbos adasına göndərib.

Bu barədə Vatikan Administrasiyası məlumat yayıb.

Papa Fransisk bu addımı ilə yunan xalqı və miqrantlar ilə həmrəyliyini ifadə edib.

Miqrantlar İtaliyaya gətirildikdən sonra onların beynəlxalq mühafizəsi üçün prosedurlara başlanacaq.

Roma Papası 2016-cı ildə Lesbos adasını ziyarət edərkən üç suriyalı ailəni özü ilə İtaliyaya gətirmişdi(azərtac).