XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2019 - 09:00

“ABŞ-ın Əfqanıstanda hərbçilərini azaltmasının Talibanla əlaqəsi yoxdur” –Mark Esper

ABŞ-ın müdafiə naziri Mark Esper bildirib ki, bundan sonra qoşunların Əfqanıstandan geri çəkilməsi “mütləq deyil ki” Talibanla razılaşma ilə əlaqədar olsun.

Bu barədə Pentaqon rəhbəri Reuters-ə müsahibəsində bildirib.

Onun bu mövzudakı şərhləri Trampın ötən həftə Əfqanıstana səfərindən bir neçə gün sonraya təsadüf edib.

Esper qoşunların sayının mümkün azaldılmasından bəhs edib və deyib ki, Taliban qiyamçılarının atəşkəs razılığı imzalayacaqlarına inanır.

Əgər tərəflərin hər biri atəşkəsə əməl etsə, nəticədə zorakılıqlar əhəmiyyətli dərəcədə azala bilər

Müdafiə naziri deyib ki, Tramp administrasiyası bir neçə müddətdir həm ölkə daxilində, həm də ABŞ müttəfiqləri ilə qoşunların sayının azaldılmasını müzakirə edir: “Mən əminəm ki, biz Əfqanıstanda qoşunların sayını azalda, eyni zamanda isə ərazinin Birləşmiş Ştatlara hücum etmək istəyən terrorçular üçün təhlükəsizlik sığınacağına çevrilməyəcəyini təmin edə bilərik. Müttəfiqlərimiz də bizimlə razılaşır”.

Qeyd edək ki, hazırda Əfqanıstanda 13 minlik ABŞ hərbi birləşməsi, minlərlə digər NATO ölkələrinin şəxsi heyəti var. ABŞ rəsmiləri öz qoşunlarının sayının 8600-ə qədər azalacağını və onların effektiv anti-terror missiyasını həyata keçirməyə davam edəcəklərini bildirib. /APA