XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 08:39

Türkiyə Liviyaya etiraz notası göndərib

Türkiyənin Xarici İşlər Nazirliyi Türkiyənin yük gəmisinin Liviya sahillərində artilleriya atəşinə tutulması ilə bağlı Liviyaya etiraz notası göndərib. Trend Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyənin XİN rəhbəri Mövlud çavuşoğlu bildirib.

Nazir vurğulayıb ki, Ankara türk gəmisinin güllələnməsini qınayır və Liviya tərəfini müqəssirlərin tapılması və cəzalandırılmasına çağırır.

Qeyd edək ki, bir gün əvvəl Liviya sahilləri yaxınlığında yerləşən Türkiyə gəmisi havadan və sudan atəşə tutulub. Atəş nəticəsində kapitan köməkçisi həlak olub, daha bir neçə ekipaj üzvü yaralanıb.