XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 December 2019 - 19:23

Rəsmi Moskva ilə Almaniya arasında diplomatlarla bağlı qalmaqal:"Kompleks cavab tədbirləri həyata keçirməyə məcburuq"

Rusiya Berlindəki səfirliyinin iki əməkdaşının “persona non qrata” elan edilməsi ilə əlaqədar kompleks cavab tədbirləri həyata keçirməyə məcburdur.

Bu barədə RİA “Novosti”yə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

“Almaniya tərəfinin Berlindəki Rusiya səfirliyinin iki əməkaşını ölkədən çıxarılmasına dair açıqlamalarını əsassız və dostcasına olmayan addım hesab edirik”, – XİN-dən qeyd ediblər.

“İstintaq məsələlərinə siyasiləşmiş yanaşma yolverilməzdir. Kompleks cavab tədbirləri həyata keçirməyə məcburuq”, – nazirlikdən bildirilib/Report.