“Ərdoğan, Makron və Merkel arasında çox yaxşı danışıqlarımız oldu”.
APA-nın NATO-nun sammitində iştirak üçün akkreditə olunmuş London müxbirinin xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq hərbi alyansın 70 illiyi ilə bağlı keçirilən sammitdən sonra mətbuat konfransında deyib. Onun sözlərinə görə, liderlər Şimali Suriyadakı vəziyyət haqqında danışıblar:
“Biz əlbəttə ki, 4 milyon qaçqına ev sahibliyi edən Türkiyənin üzərindəki məsuliyyətin və təzyiqin, PKK-dan gələn terror təhdidlərinin fərqindəyik. Biz, sadəcə Türkiyənin Şimali Suriyadakı gələcək planlarını anlamağa çalışırıq. NATO daxilindəki müttəfiqlər və Türkiyənin arasında anlaşılmazlığın qarşısını almağa çalışırıq. Biz bu formatda danışıqlara davam edəcəyik”, – deyə NATO-nun Baş katibi vurğulayıb.