XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

04 Dekabr 2019 - 22:54

Finlandiya Avropa İttifaqının büdcəsini dəyişdirmək istəyir- Səbəb

Finlandiya Avropa İttifaqının büdcəsini əsaslı surətdə dəyişdirmək və müasirləşdirmək istəyir.

Hazırda Avropa İttifaqında sədrlik edən ölkənin yeni təşəbbüsü rəqəmsallaşdırma tədbirlərinə xərclərin artırılmasını, habelə iqlim dəyişmələri ilə mübarizəyə böyük vəsaitlər ayrılmasını nəzərdə tutur. Avropa İttifaqının büdcəsi ilə bağlı olan bu təklif 2021-2027-ci illər dövrünə aiddir.

Büdcə təklifi Aİ-nin üzvü olan 27 ölkənin ümumi milli gəlirinin 1,07 faizini təşkil edir ki, bu da təqribən 1,087 milyard avroya bərabərdir.

Təklif edilən büdcə modelində kənd təsərrüfatı və mütəşəkkillik siyasəti kimi daha ənənəvi sektorlar üçün nəzərdə tutulan vəsaitin ixtisar edilməsinə baxmayaraq, bu vəsait hələ də böyük pay təşkil edir.

Bundan əlavə, gələcək büdcə layihəsinə edilən bəzi düzəlişlər ayrı-ayrı üzv ölkələrin narazılığına səbəb ola bilər. Məsələn, bu, Aİ-nin Şərqi və Cənubi Avropa ölkələrinə aiddir. Mütəşəkkillik siyasətinə xərclərin azaldılması onların xoşuna gəlməyə bilər. Finlandiya modeli Aİ-dən vəsaitin ölkələrdə qanuniliyə riayət edilməsi şərti ilə alınmasını nəzərdə tutur. İqlim dəyişmələrinə qarşı mübarizə xərclərinin artması daha bir nüansdır. Finlandiya müxtəlif proqramlar çərçivəsində bu məqsədlərə Aİ büdcəsinin dörddəbir hissəsini yönəltməyi təklif edir.

Avropa İttifaqının üzvü olan ölkələr artıq indinin özündə səfirlər səviyyəsində büdcə təklifinə dair danışıqlara başlayıblar. Lakin gözlənildiyinə görə, Avropa işləri üzrə nazirlər bu təklifi gələn həftə, dekabrın 12-13-də keçiriləcək Aİ sammitindən əvvəl müzakirə edəcəklər(azərtac).