XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 December 2019 - 23:49

“O kadrlar cəfəngiyyatdır” –Conson ABŞ prezidentini ələ salması ilə bağlı yayılan görüntüyə belə cavab verdi

Britaniyanın Baş Naziri Boris Conson ABŞ prezidenti Donald Trampla bağlı zarafatlaşmağını əks etdirən görüntüləri inkar edib.

Sammitdən sonra keçirilən mətbuat konfransında jurnalistlər Boris Consona yayılan videogörüntülər haqqında sual verib. Onlar Boris Consondan prezident Trampı ciddiyə alıb-almadıqlarını soruşublar.

O isə bu görüntülər haqqında məlumatı olmadığını deyib, yayılan kadrları cəfəngiyyat adlandırıb.

Qeyd edək ki, Kanadanın Baş Naziri Castin Trüdo, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş Naziri Boris Conson və Niderlandın baş naziri Mark Ruttenin görüntülərinin əks olunduğu 25 saniyəlik video yayılıb. Onlar videoda ABŞ prezidenti D.Trampın görüşlərə gecikməsi barədə zarafatlaşaraq gülüblər.

Tramp isə sammit çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşdən sonra jurnalistlərə Kanadanın Baş Naziri Castin Trüdonun ikiüzlü olduğunu deyib. O, həmçinin sammitdən sonra nəzərdə tutulan mətbuat konfransını da ləğv edərək Vaşinqtona yola düşüb/APA.