XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 December 2019 - 10:17

Moldova Azərbaycandakı səfirini geri çağırdı –Baş katibin qərarı ilə

Moldova hökuməti Xarici İşlər Nazirliyinin Baş katibi Yevgeni Revenko tərəfindən təqdim olunan və bir neçə səfirin geri çağırılmasını nəzərdə tutan qətnamə layihələrini təsdiqləyib.

Moldova KİV-i xəbər verir ki, səfirlərin geri çağırıldığı ölkələr arasında Azərbaycan da var.

Belə ki, Movdova hökumətinin qərarı əsasında Respublikanın Azərbaycandakı səfiri Georgi Leuka ölkəsinə  qayıdacaq.

Moldovanın Azərbaycandakı səfirliyindən bu xəbəri təsdiqləyiblər.

Eyni zamanda, Moldovanın Portuqaliyadakı səfiri Dumitru Sokolan və Estoniyadakı səfiri İnqa İonese də geri çağırılıb.

Moldova mətbuatında qeyd olunub ki, G.Leuka və D.Sokolan dövlət katibi funksiyalarını yerinə yetirmək üçün ölkəsinə qayıdır. Onların namizədlikləri hökumətin iclasında təsdiqlənib/Report.