XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 December 2019 - 13:03

“Yaxın Şərqə 14 min hərbçi göndərilməyəcək” –Pentaqon yayılan məlumatı təkzib edib

ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Alissa Fərəh yerli KİV-də Vaşinqtonun Yaxın Şərqə əlavə 14 min hərbçi göndərə biləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.

O, bu barədə “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, daha əvvəl “The Wall Street Journal” nəşri ABŞ rəsmilərinə istinadən Vaşinqton administrasiyasının Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirmək üçün bölgəyə əlavə 14 min hərbçi və onlarla hərbi gəmi göndərməyi nəzərdən keçirdiyini yazmışdı.

Pentaqon rəhbəri Mark Esper isə oktyabrda bölgədə artıq 14 min ABŞ hərbçisinin olduğunu söyləyib/Report.