XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 Mart 2015 - 11:58

Rusiya müxalifəti etiraz aksiyası keçirməkdə israrlıdır

Hələlik heç bir təşkilati qərar qəbul edilməyib

Картинки по запросу сергей давидис

Strateq.az-ın Rusiya KİV-ə isnadən verdiyi xəbərə görə, Rusiya müxalifəti martın 1-də baş tutmalı olan, lakin Nemtsovun qətlindən sonra təxirə salınmış nümayişi yaxın iki ayda Moskvada keçirə bilər. Bu barədə müxalif “5 dekabr partiyası”nın rəhbərlərindən biri və “Həmrəylik” hərəkatı üzrə Nemtsovun silahdaşı Sergey Davidis məlumat verib.

O, mətbuata bildirib: “Yaz” yürüşünü keçirmək istəyini doğuran bütün siyasi və sosial-iqtisadi durumlar aradan qalxmayıb. Əksinə, Boris Nemtsovun qətliylə bağlı daha da güclənir. Əminəm ki, təxminən, həmin tələblərlə və həmin formatda yaxın gələcəkdə yürüşü keçirmək lazımdır. Hələlik heç bir təşkilati qərar qəbul edilməyib. Fikrimcə, bunu apreldə etmək daha düzgündür”.

Davidis müxalifətin martın 1-də keçirməyə hazırlaşdığı və Moskva meriyası ilə razılaşdırılmış “Yaz” yürüşünün təşkilatçılarından biriydi. Müxalifətin tələblərinə ədalətli seçkilərin keçirilməsi, Ukraynaya münasibətdə müharibənin və istənilən aqressiv fəaliyyətin təcili dayandırılması, senzuranın ləğvi, hakimiyyətin desentralizasiyası daxil idi.