XƏBƏR LENTİ

19 Yanvar 2020
18 Yanvar 2020

Digər Xəbərlər

05 Dekabr 2019 - 23:06

Nensi Pelosi:"Trampın impiçmenti siyasi məqsəd daşımır"

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi iddia edib ki, demokratların prezident Donald Trampın impiçmentini elan etmək cəhdlərinin siyasətlə heç bir əlaqəsi yoxdur.

Bu barədə RİA “Novosti” bildirib.

“Bunun siyasətlə heç bir əlaqəsi yoxdur. Bu, siyasətə, partiyalılığa, demokratlara və respublikaçılara aid deyil. Bu, ABŞ konstitusiyasına aiddir”, – deyə Pelosi mətbuat konfransında bildirib.

“Təəssüf edirəm ki, prezident qətiyyən banilərin (ABŞ konstitusiyasının müəllifləri – red) konsepsiyasına diqqət yetirmədən belə zərurət yaratdı”, – Nümayəndələr Palatasının spikeri əlavə edib.

Onun sözlərinə görə, demokratlar “əsla şad deyillər”, əksinə, impiçment prosesini aparmaq ehtiyacından çox məyusdurlar: “Amma bizim seçimimiz yoxdur”.

Report