XƏBƏR LENTİ

18 Yanvar 2020
17 Yanvar 2020

Digər Xəbərlər

06 Dekabr 2019 - 11:09

“ABŞ Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərmək niyyətində deyil” –Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərmək niyyətində olmadığını bildirib.

RİA “Novosti” xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

“Səudiyyə Ərəbistanına 12 min hərbçi göndərəcəyimizlə bağlı bugünkü məlumat yalandır, ya da dəqiq desək, saxta xəbərdir!”, – o bildirib.

Qeyd edək ki, daha əvvəl “Fox News” telekanalı Müdafiə Nazirliyindəki mənbələrə istinadən Pentaqonun İranla mübarizə üçün üçün Yaxın Şərqə 7 minədək hərbçi göndərəcəyini bildirmişdi. Bundan əvvəl isə “The Wall Street Journal” nəşri ABŞ-ın regiona 14 min hərbçi göndərmək ehtimalını nəzərdən keçirdiyini yazmış, Pentaqon bu fikri təkzib etmişdi. (Report)