XƏBƏR LENTİ

20 Yanvar 2020
19 Yanvar 2020
18 Yanvar 2020

Digər Xəbərlər

06 Dekabr 2019 - 15:01

Özbəkistanın xarici borcu 15 milyard dollara çatır- Ən böyük borc Çinə və Yaponiyayadır

Özbəkistanın xarici borcu dekabr ayının sonunadək 15 milyard dollar olacaq.

Bu rəqəmi Ali Məclis Senatının iclasında Özbəkistan Baş Nazirinin müavini, Maliyyə naziri Jamşid Kuçkarov səsləndirib.

Nazir bildirib ki, ilin əvvəlində bu rəqəm 9 milyard, oktyabr ayında isə 13,5 milyard dollar olub.

O vurğulayıb ki, ölkənin borcları əsasən beynəlxalq maliyyə institutlarınadır, məsələn, Asiya İnkişaf Bankı, Dünya Bankı və digər banklara. Dövlətlər arasında isə ən böyük borc Çinə (2 milyard dollar) və Yaponiyayadır (1,5 milyard dollar).

Nazir deyib ki, bu kreditlər əsasən ölkədə böyük layihələrin həyata keçirilməsinə xərclənir(azərtac).