XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 December 2019 - 16:03

“Suriyada ABŞ-ın hərbi bazası hücuma məruz qalıb” –KİV

Suriyanın Dəyrəzzor (Deir Ez Zor) əyalətində Əl Ömər neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası naməlum şəxslərin hücumuna məruz qalıb.

“Sana” xəbər verir ki, hadisə hərbi texnika və ləvazimat daşıyan yük maşını karvanının bazaya gəldiyi zaman baş verib. Amerikalı hərbçilər top atəşilə cavab veriblər.

Hərçənd “Al Arabiyya” xəbər verir ki, ölkənin silahlı müxalifət qrupu olan Suriya Demokratik Qüvvələri sözügedən bazaya hücum xəbərini təkzib edərək bunun hərbi təlim olduğunu iddia edib. (Report)