XƏBƏR LENTİ

24 Yanvar 2020
23 Yanvar 2020

Digər Xəbərlər

06 Dekabr 2019 - 16:27

FIFA-nın “Çelsi”yə tətbiq etdiyi transfer qadağası ləğv olunub

FIFA-nın İngiltərənin “Çelsi” klubuna tətbiq etdiyi transfer qadağası ləğv olunub.

Bu barədə İdman Arbitraj Məhkəməsi (CAS)  qərar çıxarıb. CAS London təmsilçisinin şikayətinə baxan CAS cəzanı ləğv edib. “Çelsi” qış transfer pəncərəsi dövründə yeni futbolçu qeydiyyatdan keçirə biləcək.

Qeyd edək ki, FIFA bu ilin fevralında “Çelsi”yə 2019-2020 mövsümünün sonunadək transfer qadağası qoyub. “Zadəganlar” yetkinlik yaşına çatmayan 29 oyunçu transfer etdiyi üçün cəzaya məruz qalıb. (Report)