XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 December 2019 - 22:19

ABŞ Hərbi Hava Bazasında atışma –Ölən və yaralananlar var

Cümə günü Pensakoladakı Hərbi Hava Stansiyasında insanlara atəş açan şəxs də daxil olmaqla, 3 nəfər ölü,b 7 nəfər isə yaralanıb.

Rəsmilər bugünkü hücumun bu həftə ABŞ-ın Floridadakı hərbi bazasında ölümlə nəticələnən ikinci hücum olduğunu deyib.

Eskambiya mahalının polis idarəsinin məlumatında hücumçunun öldüyü bildirilib.

Hərbi Dəniz Qüvvələri Bazasının açıqlamasında digər iki nəfər öldürüldünü təsdiq etsə də, əlavə məlumat verməyib.

Bazanın sözçüsü Mayk Börk azı 6 yaralıın Pensakola xəstəxanasında travmotologiya mərkəzində müalicə olunduğunu deyib.

WEAR televiziya kanalı isə xəbər verib ki, 7 nəfər Baptist Xəstəxanasında müalicə olunur.

Ağ Evin sözçüsü prezident Trampın məlumatlandırıldığını və vəziyyəti izlədiyini deyib.

Çərşənbə günü də Havay adalarının tarixi Pörl Harbor Hərbi Gəmiqayırma zavodunda ABŞ dənizçisi özünü vurmazdan əvvəl iki nəfəri öldürüb, üçüncü şəxsi isə yaralayıb. (amerikaninsesi.org)