XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 December 2019 - 10:35

NATO baş katibi Aİ-nin Ali Nümayəndəsi ilə görüşəcək- Birgə bəyanatla çıxış edəcəklər

NATO baş katibi Yens Stoltenberq Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi ilə görüşəcək.

APA-nın NATO-nun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Yens Stoltenberq və Cozef Borrell arasında görüş dekabrın 9-da keçiriləcək.

Görüşdən sonra rəsmilər mətbuat qarşısında birgə bəyanatla çıxış edəcək.

Qeyd edək ki, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borrell dekabrın 1-dən səlahiyyətlərinin icrasına başlayıb. O bu postda Federika Moqerinini əvəzləyib.