XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

08 Dekabr 2019 - 09:50

“Kral Floridada ölən hərbçilərin ailələrinə yardım edəcək” –Donald Tramp

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud Floridada krallıq vətəndaşı tərəfindən qətlə yetirilən hərbçilərin ailələrinə kömək edəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, qeyd edib ki, Səudiyyə kralı başsağlığı üçün ona zəng edib.

“Çox kədərlidirlər. Kral onların (ölənlərin) ailələrinin və yaxınlarının qayğısında iştirak edəcək”.

Xatırladaq ki, dekabrın 6-da səhər saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı bazasında təlim keçən Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) hərbçisi 3 nəfəri öldürdükdən sonra intihar edib. Onun açdığı atəş nəticəsində 8 nəfər yaralanıb. /Report