XƏBƏR LENTİ

14 İyul 2020

Digər Xəbərlər

08 Dekabr 2019 - 11:00

Hindistanda fabrikdə yanğın:ölənlərin sayı 43 nəfərə çatıb

Hindistanın paytaxtı Dehlidə kağız fabrikində güclü yanğın baş verib. Nəticədə azı 43 nəfərin öldüyü deyilir.

Hindistan KİV-lərində yayılan məlumata görə, yanğın yerli vaxtla səhər 5:22-də başlayıb. Yanğınsöndürənlər 69 nəfəri xilas edə biliblər. Bir neçə saat ərzində yanğın söndürülüb.

İlkin versiyaya görə, yanğının səbəbi elektrik xətlərində yaranan qısaqapanmadır. Ölü və yaralı sayının çoxalacağı gözlənilir. Hələlik axtarış işləri davam etdirilir.  /Oxu.az