XƏBƏR LENTİ

14 İyul 2020

Digər Xəbərlər

09 Dekabr 2019 - 09:11

Yens Stoltenberq:"Rusiya NATO-ya nə düşməndir, nə də rəqib"

Şimali Atlantika Alyansı Moskvanı özünə düşmən və ya rəqib hesab etmir.

Belə bir açıqlama ilə NATO-nun Baş katibi Yens Stoltenberq bazar günü “CNN”-ə verdiyi müsahibəsində deyib.

Rusiyanın indi NATO-ya düşmən olub-olmaması ilə bağlı verilən suala Stoltenberq belə cavab verib: “Biz rəqiblərin siyahısını hazırlamırıq. Rusiyanın düşmənimiz olduğuna da inanmırıq. Dünyanı rəqiblərə və dostlara ayırmırıq”.

Baş katibin sözlərinə görə, NATO hər zaman Rusiya ilə münasibətləri düzəltməyə çalışır: “Rusiya – bir vaxtlar Soyuq Müharibə illərində gördüyümüz Sovet İttifaqının eynisi deyil”.

Eyni zamanda, baş katib “Rusiyanın daha özünə əmin şəkildə hərəkət etdiyini, qonşu dövlət olan Ukraynaya qarşı hərbi güc tətbiq etdiyini” də xatırladıb. (apa)