XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2019 - 09:28

“Venesuelada xalq qoşununun sayı 3,3 milyon nəfərdir” –Maduro

Venesuelanın xalq qoşunu sıralarında olan vətəndaşların sayı 3,3 milyon nəfərə çatıb.

Bu barədə ölkə prezidenti Nikolas Maduro La-Quayra (şimal ştatı Varqasın paytaxtı -red) şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

“Bu gün mən Venesuelaya və bütün dünyaya elan edə bilərəm ki, qoşunun (xalq – red) sayı 3 milyon 300 min nəfərə çatıb”, – Maduro qeyd edib.

Dövlət başçısının sözlərinə görə, bütün qoşun döyüşçüləri yaxşı “təşkil edilib, təlim görüb, silahlıdır və Venesuelanın bütövlüyünü, müstəqilliyini və asayişini müdafiə etməyə hazırdır”.

“2020-ci ildə hədəf – 4 milyon nəfərə nail olmaqdır”, – Maduro vurğulayıb. (Report)