XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

09 Dekabr 2019 - 10:08

“Rusiya ilə sərhəddə divar tikin…” –Poroşenko

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko Donbasla yox, Rusiya ilə sərhəddə divar tikməyi təklif edib.

«Rusiya Federasiyası ilə sərhəddə divar tikin, o, sizə lazım olacaq» – deyə, Poroşenko fəaliyyətdə olan Ukrayna hakimiyyətinə «Pryamoy» telekanalının efirindən tövsiyə edib.

Eks-prezident əlavə edib ki, Donbasla sərhəddə divar tikintisi Rusiya sanksiyalarının ləğvinə gətirib çıxara bilər. «Normand formatı» üzrə danışıqlarda uğurun əldə olmamayacağı təqdirdə, «Ukraynaya qayıdın, milləti birləşdirib, ordunu qurun, dövləti qurun», deyə, Poroşenko qeyd edib.

Bundan əvvəl Donbasla təmas xəttində divar tikintisi ideyasını Vladimir Zelenskinin köməkçisi Aqdrey Yermak irəli sürüb. (AzPolitika.info)